İspaniyada təsirli olan Kristin qasırğası səbəbindən ölkənin 77 bölgəsində təhsilə müvəqqəti fasilə verilib.
Xarici KİV-in məlumatına görə, güclü yağış, külək və qar yağışı İspaniyanın böyük hissəsində həyatın normal axarını pozub.
Səlahiyyətli qurumlar əlverişsiz hava şəraiti ilə əlaqədar fövqəladə rejim elan edildiyini bildiriblər. İspaniya Trafik Baş İdarəsinin açıqlamasına əsasən, qar yağışı səbəbindən ölkə üzrə 140-dan çox avtomobil yolu qismən və ya tamamilə bağlanıb.
Pis hava şəraiti dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib, bir çox qatar reysində gecikmələr yaşanıb, bəziləri isə ləğv edilib.
İspaniyanın Baş naziri Pedro Sançes vətəndaşlara müraciət edərək, zəruri olmadıqca səfərə çıxmamağa çağırıb və maksimum ehtiyatlı olmağın vacibliyini vurğulayıb.
Qasırğanın təsiri qonşu Portuqaliyada da hiss olunub. Yerli mediaya görə, ölkədə fırtına ilə bağlı 1500-dən çox hadisə qeydə alınıb, 850 mindən artıq insan elektrik enerjisinin kəsilməsi ilə üzləşib. Portuqaliyanın bir sıra bölgələrində də təhsilə ara verildiyi bildirilir.
Mənbə: TrtHaber
