35 C
Baku
20 İyul 2025, 10:39
Baş xəbərDünya

Kritik görüşdən sonra ilk açıqlama

Bugun.tv xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya xarici işlər naziri Sergey Lavrov, Suriya xarici işlər naziri Feysəl Mikdad və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına dair dördtərəfli görüş başa çatıb.

Dördtərəfli görüşdə terrorla mübarizədə əməkdaşlıq, əməkdaşlıqda gəlirlərin infrastrukturunun təmin edilməsi və siyasi prosesin irəlilədilməsi məsələləri müzakirə edilib, Türkiyə-Suriya əlaqələrinin yaxşılaşdırılması üçün yol xəritəsinin hazırlanması qərara alınıb.

Danışıqlarındakı müsbət və konstruktiv ab-havaya diqqət çəkən XİN rəhbərləri təmaslarını dördtərəfli formatda davam etdirmək barədə razılığa gəliblər. Onların sammitlə bağlı verdiyi yazılı açıqlamada suriyalıların vətənlərinə könüllü, təhlükəsiz və ləyaqətlə qayıtmalarının asanlaşdırılması, Suriyanın ərazi bütövlüyü mövzusunda razılığa gəldiyi vurğulanıb.

Görüşlə bağlı sosial media hesabında açıqlama verən nazir Çavuşoğlu, “Moskvada keçirilən Suriya ilə bağlı dördtərəfli Xarici İşlər Nazirləri toplantısında terrorla mübarizə, əməkdaşlıqda geri dönüş üçün infrastrukturun təmin edilməsi, siyasi əlaqələrin inkişaf etdirilməsi kimi mövzularda əməkdaşlığın və Suriyanın ərazi bütövlüyünü qoruma zəruriliyini vurğuladıq” -deyib.

Mənbə: Hurriyet.tr

Aynur Camal

Oxşar xəbərlər

Yerin fırlanma sürəti gözlənilmədən artdı! Tarixin ən qısa günü yaşana bilər

Aynur Camal

Polisin kuriyeri tutacağı ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirildi

Kəmalə Sultan

İsrail ordusu Livanda “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu