19 C
Baku
22 Noyabr 2024, 16:20
Baş xəbərİdman

Kross və gimnastika üzrə respublika yarışları keçirilir

Şirvanda kross və gimnastika üzrə respublika yarışlarının bölgələr üzrə mərhələsi keçirilib.

Bugun.tv xəbər verir ki, yarış Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının bölgələr üzrə mərhələsinə bu gün Şirvan şəhər Olimpiya İdman Kompleksində start verilib.

Tədbirdə Daxili İşlər Nazirliyinin, Şirvan Şəhər Polis Şöbəsinin və Şəhər Gənclər və İdman idarəsinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Regionlarda idman yarışları Açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilb, daha sonra isə Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən iştirakçılar ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışaraq keçirilən yarışların əsas məqsədinin gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi olduğunu bildiriblər.

Çıxışlardan sonra yarışlara start verilib və hər bir iştirakçıya uğurlar arzulanıb. 80 nəfər gənc yarışların proqramında müəyyən olunan marşrut üzrə 1000 metr məsafəyə kross qaçışı və gimnastika hərəkətləri ilə çıxış ediblər.

Yarışların sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutan idmançılar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Aynur Camal

Oxşar xəbərlər

Ukraynada Azərbaycanlı Rus əsgəri öldürüldü

Könül Kərimova

Ailə Halloween-i – Park Cinema Flame Towers-da

Kəmalə Sultan

İkimərtəbəli binada yanğın oldu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu