19 C
Baku
28 İyun 2025, 7:29
Baş xəbərSiyasət

KTMT ölkələri baş katibin rəhbərliyi ilə Ermənistana missiya göndərmək barədə razılığa gəliblər

“Onun iştirakçıları vəziyyəti qiymətləndirməli və gərginliyin azaldılması üçün təkliflər hazırlamalı olacaqlar”-Kollektiv Təhlükəsizlik Şurasının iclası zamanı təşkilatın Baş katibi Stanislav Zas.

 Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) çərşənbə axşamı videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsi ilə bağlı vəziyyəti qiymətləndirmək üçün təşkilatın baş katibinin rəhbərliyi ilə Ermənistana missiya göndərilməsi barədə qərar qəbul edilib.

Bu barədə Bugün.tv TASS-a istinadən xəbər verir.

“Kollektiv Təhlükəsizlik Şurasının iclası zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zasın başçılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistan Respublikasına göndərilməsi barədə razılıq əldə olunub. Mövcud vəziyyəti qiymətləndirmək üçün KTMT-nin Birləşmiş Qərargahı və KTMT-yə üzv dövlətlərin nümayəndələri Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında (payızda İrəvanda keçirilməsi planlaşdırılır) dövlət başçılarına ətraflı məruzənin hazırlanması, regiondakı vəziyyət və yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması kimi məsələlər müzakirə olunacaq” – təşkilatın katibliyinin mətbuat xidmətindən bildirilib.

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə və AB şəhərləri iqlim dəyişikliyi sahəsində ortaq layihələr hazırlayacaq

Bugün TV

Kahramanmaraş mərkəzli zəlzələlər səbəbiylə yollarda dərin çatlar əmələ gəlib

Aynur Camal

Sabunçuda qətl törədilib -YENİLƏNİB

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu