10 C
Baku
22 Dekabr 2025, 14:16
Kriminal

Küçədə əri tərəfindən öldürülən qadın haqqında yeni məlumatlar məlum olub

Paytaxtın Xətai rayonunda 1983-cü il təvəllüdlü Raminə Qəribovanın küçədə öldürülməsi barədə yeni məlumatlar məlum olub.

Bugun.tv xəbər verir ki, R.Qəribovanı öldürən keçmiş yoldaşı İlqar Qəribov mərhumun bibisioğlu imiş.

Qeyd edək ki, R.Qurbanova saç ustası işləyirmiş.

Xatırladaq ki, zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İ.Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

 

Bugün TV

Oxşar xəbərlər

“Qara bazar”da dəyəri 5 milyon manat olan narkotik vasitə ələ keçirildi

Bugün TV

Bankomatdan pul çıxaran 62 yaşlı qadına qarşı quldurluq edildi

Bugün TV

Küllü miqdarda narkotik aşkarlandı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu