19 C
Baku
8 Sentyabr 2024, 3:23
Sosial

Küçə qaranlığa qərq olub

Kənd Əhmədlinin bəzi küçələri hələ də işıqsız qalıb. Bu küçələrdən biri də Tofiq Hacıbabəyovdur. Axşam saatlarında bu hal sakinlər üçün problemlərə yol açır. Niyə hələ də küçə işıq sistemi quraşdırılmayıb?
Ərazidə işıqlandırma olmadığından axşam saatlarında göz-gözü görmür. Bu isə çoxasylı problemlərə yol açır. Sakinlərin haqlı narazılığına səbəb olur. “Qaranlıq vaxtı burdan getmək çətindi, yəni uşaqlıyıq, qocası var, uşağı var, cavanı var”. “Nə olur olsun, yenə də çətindi gedib gəlmək. İşıqlandırsalar buraları yaxşı olardı”. “Bilmirik, bu JEK hara baxır. Şikayət də etmişik fikir verən yoxdu”.
Küçənin qaranlıq olması təkcə sakinləri deyil, sürücüləri də narahat edir. Onlar axşam saatlarında sonra yolu aydın görmürlər. “Vallah, çox problemlər yaradır. Qarşıdan gələn maşınları görmürsən, piyada keçir görmürsən. Keçən dəfə duman idi, ümumiyyətlə, qarşıdan gələn nəqliyyat vasitəsini görmürdük. Uşaq keçir, böyük keçir, heç nə, heç bir şey görünmür”.
“Çox çətinliklər yaradır. Bir dənə uşaq qaçsa, görmürük. Hər yer qaranlıqdı. Ötən gün az qaldı ki, bir uşağı vurum. Burada hər bir hadisə olar. Yəni oğurluq da ola bilər. Evlərə də girirlər. İşıqlı olması yaxşıdı, işıqsız mümkün deyil burda gəzmək”.
“Təhlükəli vəziyyət yaradırlar. Gedirsən qəfil biri küçəyə çıxır. Düzdü, sürətlə getmirik, ancaq olur da, uşaqdı qaçır küçəyə gözlənilmədən çıxır qabağına”.
Məsələyə aydınlıq gətirmək üçün Xətai RİH-ə üz tutduq. Bildirildi ki, vəziyyətdən xəbərdardılar.
Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə yaradıb məsələyə aydınlıq gətirmək istədik. Baş məsləhətçi Mehriban İsrafilovanın sözlərinə görə, problemdən xəbərdardılar. “Biz bilirik, məlumatlıyıq. Bu məsələ tədbirlər planına da salınıb, mərhələli şəkildə həyata keçirilir. Qeyd edim ki, gələn həftədən həmin küçədə də 25 ədəd işıq dirəkləri quraşdırılacaqdır”.
Aidiyyatı qurumun dediyi kimi məsələ tezliklə həll olunsa sakinlərin də, sürücülərin də rahat hərəkət etməsinə şərait yaranardı.

Nigar Məmmədova

Oxşar xəbərlər

İsrailin məşhur neyrocərrahı ilə görüş keçirilib

Aynur Camal

“ASAN Məktub” uşaqların arzularını növbəti dəfə gerçəkləşdirib 

Aynur Camal

Xəstələri çaşbaş salan analiz cavablarına görə kim məsuliyyət daşıyır?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu