Bugun.tv xəbər verir ki, polis əməkdaşları tərəfindən dünən gecə saatlarında Binəqədi rayonunda küçədən uşaq tapılıb. Dərhal 3 aylıq körpə Qadın və Uşaq Sığınacağı mərkəzinə yerləşdirilib.Tədbirlərlə onun anasının şəxsiyyəti müəyyən edilib. Araşdırma aparılır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevlə əlaqə saxladıq. O, xəbəri təsdiqlədi.

