7 C
Baku
21 Dekabr 2025, 10:55
Baş xəbərHadisə

Küçə itinin dişlədiyi memar quduzluqdan dünyasını dəyişdi

Bugun.tv xəbər verir ki, Şanlıurfanın Siverek rayonunda itini gəzdirərkən sahibsiz itin hücumuna məruz qalan və quduzluq diaqnozu qoyulan memar Lütfü Seray müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Belə ki, ötən həftə baş verən hadisədə itini gəzdirən Lütfü Seray sahibsiz itin hücumuna məruz qalıb.

Evə qayıdanda onda quduzluq əlamətləri görünüb və Seray yaxınları tərəfindən Siverek Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq gənc memarın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda quduz itin tutulması istiqamətində işlər davam etdirilir.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Sənaye sahəsində iş yeri və anbarda yanğın oldu

Bugün TV

Dövlət Xidmətinin rəhbərliyi anım mərasimlərində iştirak etdi

Kəmalə Sultan

BMT: Qazaxıstan dünyada qızılca xəstəliyinin ən çox yayıldığı ölkədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu