10 C
Baku
22 Dekabr 2025, 14:32
Mədəniyyət

Kudryavtseva ayağını sındırdı

Bugun.tv xəbər verir ki, Rusiyalı teleaparıcı Lera Kudryavtseva Telegram kanalında aldığı ağır zədədən danışıb.

“Ön çarpaz bağın tam qopması. Və sağ baldır sümüyünün yanal kondilinin sınığı,” televiziya ulduzu diaqnozunu açıqlayıb.

Kudryavtseva zədədən “bu bir növ sürrealdır” sözləri ilə şikayət edib. “Allahı necə qəzəbləndirdiyimi bilmirəm. Mən nəyi səhv edirəm?” – aparıcı şikayətlənib. O, ayağını hansı şəraitdə zədələdiyini açıqlamayıb.

Teleaparıcı daha əvvəl yadplanetlilərə inanan müğənni Katya Lelin müdafiəsinə qalxıb. Kudryavtseva Kainatda insanlardan başqa ağıllı varlıqların mövcudluğunu etiraf etdiyini bildirib.

Bundan əvvəl aparıcının “Salam, Andrey!” verilişinin çəkilişi zamanı qalmaqala səbəb olduğu bildirilirdi. Kudryavtseva verilişin qonağı – himayədar ailədə böyüyən oğlu ilə studiyada tanış olan ananın üzərinə su töküb.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

Tanınmış bəstəkar koronavirusdan vəfat edib

Bugün TV

A.Qasımov: “Bir dəfə oxumaqla elə bilirlər ki, hər şeyi bilirlər”-ÖZƏL+FOTO

Şükufə Ramizqızı

Muğam Mərkəzində “Qara Qarayev 105” adlı konsert keçiriləcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu