4 C
Baku
28 Fevral 2026, 11:10
Baş xəbərDünya

Külək daha bir yanğına səbəb oldu

Bugun.tv xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Lefke rayonunun Yeşilırmak kəndində yanğın baş verib.

“Lefkenin bölgəsində vaxtaşırı əsən güclü külək bu dəfə də yanğıa səbəb oldu” – bu barədə Şimali Kipr Türk Respublikasının (KKTC) Meteorologiya İdarəsinin direktoru Raif İlker Buran deyib.

Onun sözlərinə görə yanğın gecədən sabaha qədər davam edəcəyi gözlənilir.

Məsələ ilə bağlı, prezident Ersin Tatar verdiyi açıqlamada  günorta saatlarında başlayan yanğına Kipr Rum Administrasiya təyyarəsinin müdaxilə etdiyini bildirib.

Məlumata əsasən, Türkiyədən də yanğınsöndürən helikopterlər köməyə çatıb.

Prezident Tatar, “Küləyin havadan və qurudan müdaxilələrlə yaratdığı müqavimətə baxmayaraq, yanğını nəzarət altına almaq ən böyük arzumuzdur” – deyib.

5 helikopterlə müdaxilə edilən yanğın axşam saatlarında nəzarətə götürülüb.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu