33 C
Baku
3 Sentyabr 2025, 18:55
Baş xəbərHadisə

Küləş yanğını oldu

Bugun.tv xəbər verir ki, Konyanın Beyşehir rayonunda naməlum səbəbdən küləş yanğını baş verib. Tarlada başlayan və ərazidəki bəzi ağacların yanmasına səbəb olan yanğın xəbəri üzərinə Konya Böyükşəhər Bələdiyyəsi Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə briqadası və Beyşehir Meşə Təsərrüfatı Müdirliyinə bağlı çiləyicilər də sövq edilib. Jandarma qruplarının da tədbir gördüyü bölgədə baş verən yanğında kəndlilər traktorları ilə qrupların uzunmüddətli söndürmə işlərinə dəstək verib. Mühasirəyə alınaraq nəzarət altına alınan yanğın bir müddət sonra tamamilə söndürülüb. Yanğın zamanı ərazidəki biçilmiş torpaq sahələri və bəzi ağaclar da yanıb və zədələnib.

TRT Haberin məlumatına görə, yanğının başvermə səbəbləri araşdırılır.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Bu film deyil, realdır! Onlar atları ilə alovun içindən belə keçdilər

Aynur Camal

Təbii qaz partlayışı: 4 yaralı var

Bugün TV

Yaponiya Xirosima faciəsinin ildönümündə dünya ictimaiyyətinə müraciət etdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu