19 C
Baku
8 Sentyabr 2024, 3:52
Baş xəbərDünya

Küləyin sürüklədiyi uşaq son anda xilas edildi

ABŞ-ın Kaliforniya ştatının Hesperia şəhərində küləyin hərəkət etdirdiyi uşaq arabası son anda xilas edilib.

Bugun.tv Independent saytına istinadən xəbər verir ki, külək bir oğlanın olduğu uşaq arabasını maşınların sürətlə getdiyi yola sürükləyib.

Körpənin 60 yaşlarında olan böyük xalası, dayandığı avtomobilin qapısında olan oğlanı xilas etmək üçün hərəkətə keçib. Lakin yaşlı qadın yerə yıxılıb. Ayağa qalxa bilməyən xala gözləri qarşısında baş verənləri seyr etməklə kifayətlənib.

Xoşbəxtlikdən yaxınlıqdakı skamyada oturan Ron Nessman qaçaraq qəza baş verməmiş körpəni xilas edib.

“Düşünməyə belə vaxtım yox idi. Mən sadəcə reaksiya verdim”, – Nessman deyib. Adı açıqlanmayan qadına çox yazığı gəldiyini deyən Nessman, “Mənim də qardaşım oğlu var. Belə bir şeyi ağlıma belə gətirə bilmirəm” deyib.

“Mən heç nə etməsəm özümlə yaşaya bilməzdim” sözlərini söyləyən vətəndaş hadisədən sonra qadına da kömək etdiyini bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Putin Lukaşenkoya zəng etdi

Nigar Məmmədova

İki motosiklet toqquşdu: 1 nəfər öldü, 3 nəfər yaralandı

Bugün TV

Yavuz Subaşı-“Biz millətimiz üçün örnək insanlarıq” (FOTO)

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu