23 C
Baku
28 İyul 2025, 9:51
Kriminal

Külli miqdarda narkotik vasitə müsadirə edildi

Bugun.tv xəbər verir ki, hadisə Kolumbiyada yaşanıb.
Kolumbiya, Panama və ABŞ təhlükəsizlik qüvvələri Karib dənizində birgə əməliyyat keçirib. Nəticədə 5,5 ton kokain aşkar olunaraq müsadirə edilib.

4-ü Kolumbiya, 1-i Panamadan olan 5 nəfər nəzarətə alınıb. Onlar narkotikin əvvəlcə Panama, sonra isə ABŞ-a daşınacağını deyiblər.

Bildirilir ki, müsadirə edilən kokainin bazar dəyəri təxminən 184 milyon dollardır.

Kolumbiya prezidenti Qustavo Petro əməliyyatla bağlı Twitter hesabından təhlükəsizlik qüvvələrini təbrik edib.

Mənbə: TRT haber

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Oğurluq edən şəxsin evindən silah aşkarlandı

Aynur Camal

15 il əvvəl törədilmiş qətlin üstü açıldı

Nigar Məmmədova

Fırıldaqçılıq əməliyyatı oldu: 15 nəfər nəzarətə alındı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu