Bugun.tv xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Keçirdikləri tədbirlərlər nəticəsində Görədil kəndindəki evlərin birindən 3000 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini S.İsayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
