Bugun.tv xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Lefke rayonunun Yeşilırmak kəndində yanğın baş verib.
“Lefkenin bölgəsində vaxtaşırı əsən güclü külək bu dəfə də yanğıa səbəb oldu” – bu barədə Şimali Kipr Türk Respublikasının (KKTC) Meteorologiya İdarəsinin direktoru Raif İlker Buran deyib.
Onun sözlərinə görə yanğın gecədən sabaha qədər davam edəcəyi gözlənilir.
Məsələ ilə bağlı, prezident Ersin Tatar verdiyi açıqlamada günorta saatlarında başlayan yanğına Kipr Rum Administrasiya təyyarəsinin müdaxilə etdiyini bildirib.
Məlumata əsasən, Türkiyədən də yanğınsöndürən helikopterlər köməyə çatıb.
Prezident Tatar, “Küləyin havadan və qurudan müdaxilələrlə yaratdığı müqavimətə baxmayaraq, yanğını nəzarət altına almaq ən böyük arzumuzdur” – deyib.
5 helikopterlə müdaxilə edilən yanğın axşam saatlarında nəzarətə götürülüb.
Mənbə: TRThaber