14 C
Baku
22 Noyabr 2024, 2:37
Baş xəbərDünya

Kursk hücumlarında 7 həftədə 56 nəfər öldü

Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın Kursk bölgəsində 7 həftə ərzində baş verən hücumlarda ən azı 56 nəfərin öldüyünü açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın Kursk sərhəd bölgəsində həyata keçirilən hücumların sayı ilə bağlı yeni açıqlama verib. Açıqlamada, “Ukraynanın Kursk bölgəsində 7 həftəlik müddət ərzində həyata keçirilən hücumlarda ən az 56 mülki vətəndaş həyatını itirib, 266 mülki vətəndaş isə yaralanıb”. Açıqlamada bölgədə 131 min mülki vətəndaşın evlərini tərk etmək məcburiyyətində qaldığı bir daha vurğulanıb və Kurskun Sudja qəsəbəsində 70-120 mülki vətəndaşın Ukrayna tərəfindən əsir saxlanıldığı iddia edilib.

Hələlik Ukraynadan rəsmi açıqlama yoxdur.

Ukrayna avqustun 6-da Kurska daxil oldu

Ukrayna Avqustun 6-da İkinci Dünya Müharibəsindən sonra Rusiyaya qarşı ən böyük xarici hücumu həyata keçirdi, sərhədi keçərək qərbi Kursk bölgəsinə ağır silahlar, o cümlədən pilotsuz təyyarələr və Qərb istehsalı silahlarla dəstək verdi. Kiyev iddia edirdi ki, Kurskda təxminən 100 yaşayış məntəqəsi və 1300 kvadrat kilometrdən çox ərazini ələ keçirib.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən güclü ordularının reytinqi açıqlandı!

Aynur Camal

İsrail ordusu Qəzzaya qaubitsalarla intensiv zərbələr endirir

Bugün TV

Ən böyük uşaq kitab adları

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu