Kosovoda keçirilən ümumi seçkilərdə səslərin 73 faizinin hesablanması tamamlanarkən, hesablanmış səslərin 41,99 faizini alan hazırkı baş nazir Albin Kurtinin sədrlik etdiyi “Özünə qərar ver” Hərəkatı (Vetevendosje) qalib gəldiyini elan edib. Balkan ölkəsi Kosovoda keçirilən seçkilər nəticəsində hazırkı baş nazir Albin Kurtinin rəhbərlik etdiyi “Özünə qərar ver” Hərəkatı (Vetevendosje) qalib gəlib.
Partiyasının qərargahında jurnalistlərin suallarını cavablandıran Kurti, “Xalq qazandı, Vetevendosje qazandı. “Biz növbəti hökuməti formalaşdıracaq qalib qurumuq” deyib. Kurti daha sonra seçkidə qələbəsini paytaxt Priştinanın mərkəzində seçiciləri ilə birlikdə qeyd edib.
Bu arada, Kosovo Mərkəzi Seçki Komissiyasının (KQZ) saytındakı məlumatlara görə, səslərin 73 faizi hesablanıb.
Vetevendosye 41,99 faiz səslə birinci yeri tutub, Kosovo Demokratik Partiyası (PDK) 22,68 faiz, Kosovo Demokratik Liqası (LDK) 17,90 faiz, Kosovo Gələcəyi Uğrunda Alyans (AAK) isə 7,56 faiz səs toplayıb.
Sayılan səslərə əsasən, Vetevendosye hökuməti təkbaşına formalaşdırmaq üçün lazımi sayda deputat toplaya bilməyəcək.
Kosovo türklərinə zəmanət verilən 2 mandatı qazanmaq üçün yarışan Kosovo Demokratik Türk Partiyası (KDTP) 2 min 616, Yenilikçi Türk Hərəkatı Partiyası (YTHP) 1550 və Kosovo Ədalət Türk Partiyası (KATP) 122 səs toplayıb.
KQZ-nin prezidenti Kreshnik Radoniqi mətbuat konfransında səslərin hesablanmasının davam etdiyini və qurumun saytında texniki problemlərə görə məlumatların əl ilə sistemə daxil ediləcəyini vurğulayıb.
İlkin qiymətləndirmədə seçkidə iştirakın 40,59 faiz olduğu bildirilsə də, bu nisbətə poçtla və ya diaspordan gələn səslər daxil edilməyib.
Digər tərəfdən Kosovo polisi seçki prosesinin heç bir ciddi insident olmadan dinc keçdiyini açıqlayıb.
1 milyon 970 min 944 seçicinin olduğu ölkədə 28 siyasi qurumdan seçiləcək 120 deputat 4 il müddətinə parlamentə daxil olmaq hüququ qazanacaq.
Vetevendosje 2019-cu ilin oktyabrında və 2021-ci ilin fevralında keçirilən son ümumi seçkilərdə ən çox səs toplayan partiya olub.
Seçkiləri 18 mindən çox müşahidəçi, o cümlədən Aİ-nin Seçki Müşahidə Missiyasının 100-dən çox rəsmisi izləyib.
Mənbə: EnSonHaber