Mədəniyyət

“Kurtlar vadisi”nin Güllüsü tələbələrlə görüşüb

Azərbaycan İncəsənət Məktəbinin təşkilatçılığı, Media Tədris Mərkəzinin dəstəyi ilə növbəti təlim gerçəkləşdirilib.

Bugün.tv-yə bu barədə AİM-in direktoru Tural Əliyev məlumat verib. O bildirib ki, Azərbaycan İncəsənət Məktəbinin (AİM) tələbələri ilə tanınmış sənət adamlarının – müğənnilər, aktyor və aktrisalar, məşhur rejissorlar və digər incəsənət xadimləri ilə mütəmadi görüşlər həyata keçirilir. Silsilə şəklində gerçəkləşdirilən belə tədbirlərdə əsas məqsəd tələbələri qonaqlarla daha yaxından tanış etmək, onların peşəkarlığından yararlanmalarına vəsilə olmaqdır.

Azərbaycan İncəsənət Məktəbi ilə Media Tədris Mərkəzinin tələbələri bu dəfə tanınmış aktyor Erhan Ufakla görüşüblər.

Erhan Ufak aktyorluq sənətindən və bu sənətə gəlişindən danışıb. Bundan sonra tələbələrin suallarını cavablandırıb. O, söhbət əsnasında Azərbaycana olan sevgisini xüsusi vurğulayıb. “Mən Azərbaycanda özümü qərib hiss etmirəm” deyə, aktyor bildirib.

Sonra tələbələrə sertifikatlar təqdim  olunub. Tədbir iştirakçıları aktyorla xatirə fotoları çəkdiriblər.
Qeyd edək ki, Erhan Ufak “Kurtlar Vadisi” serialında oynadığı Güllü Erhan rolu ilə daha çox məşhurlaşıb və sevilib.

Bugün TV

Oxşar xəbərlər

İsraildə yaşayan azərbaycanəsilli müğənni Leyla Valayeva Channel 13-də çıxış etdi

Aynur Camal

Venesiya Film Festivalı üçün 2026 proqramında Asiya kinematoqrafiyası geniş yer alacaq

Aynur Camal

Şuşada Azərbaycanın qəhrəmanlarına həsr olunmuş “Yarımçıq Qalmış” tamaşasının premyerası keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu