11 C
Baku
19 Mart 2026, 21:58
Baş xəbərİqtisadiyyat

Kürünün Avropa bazarına ixracı ilə bağlı maneələr aradan qaldırıldı

Bugun.tvxəbər verir ki, Azərbaycanda istehsal olunan kürü məhsulları Avropa İttifaqı ölkələrinə ixrac olunacaq.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, ölkəmizin ixrac potensialını yüksəltmək və respublikamızda istehsal olunan qida məhsullarının Avropa bazarına çıxarılmasını asanlaşdırmaq məqsədilə həyata keçirilən tənzimləmə və nəzarət tədbirlərini davam etdirir.

Aparılan işlərin nəticəsi olaraq, Azərbaycanda müasir standartlara uyğun istehsal edilən kürü məhsulları yenidən Avropa İttifaqına (Aİ) üzv ölkələrə ixrac olunacaq.

Belə ki, Agentlik tərəfindən 2022-ci il ərzində balıqyetişdirmə müəssisələrindən (akvakulturadan) əldə edilən kürü məhsullarına dair Monitorinq Planı hazırlanıb və uğurla icra olunub. Monitorinqin nəticələri Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Direktorluğu tərəfindən təhlil edildikdən sonra Azərbaycan Respublikasının adı “Avropa Parlamentinin və Şurasının 2017/625 saylı Qaydasına uyğun olaraq, insan istehlakı üçün nəzərdə tutulmuş heyvan mənşəli məhsulları Avropa İttifaqına daxil olmasına icazə verilən üçüncü tərəf ölkələrin və ya onların regionlarının siyahıları”nın 2021-ci il 24 mart tarixli 405 nömrəli qaydasının müvafiq əlavəsinə daxil edilib.

Həmçinin Aİ-yə daxil olan dövlətlərə heyvan mənşəli qida məhsullarının göndərilməsinə icazə verilməsi üçün qida təhlükəsizliyi üzrə qanunvericilik, habelə bu sahədə aparılan nəzarət və tənzimləmə tədbirləri Avropa qanunvericiliyinə uyğunlaşdırılıb.

Bununla da, respublikamızda Aİ-nin tələblərinə uyğun fəaliyyət göstərən qida obyektlərində istehsal olunan kürü məhsullarını Avropa bazarına yenidən ixrac etmək üçün imkan yaranıb.

Aynur Camal

Oxşar xəbərlər

Ceyhun Məmmədov: “Fitrə zəkatı 10-15 manat arasında dəyişə bilər”

Aynur Camal

İlham Əliyev Qarabağda Novruz tonqalını alovlandırdı

Aynur Camal

69 milyon dollarlıq NFT alan investor: Rəqəmsal sənətə inamım daha da artıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu