20 C
Baku
28 İyun 2025, 2:00
Dünya

Küveytdə bir binada yanğın baş verdi: Çox sayda insan həyatını itirdi

Küveytin Mankaf rayonunda binada baş verən yanğın sürətlə yayılıb. İlkin hesablamalara görə, 41 nəfər həyatını itirib.

Küveytin cənubunda Əhmədi əyalətinin Mankaf bölgəsində baş verən yanğında 41 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Ədliyyə Sübutlarının direktoru general-mayor İyd Rəşid Uveyhanın açıqlaması Küveytin İnformasiya Nazirliyi tərəfindən dərc edilib.

Uveyhan, Daxili İşlər Nazirliyinə yerli vaxtla saat 06:00-da Manqaf bölgəsində yanğınla bağlı məlumat daxil olduğunu və bölgəyə qrupların göndərildiyini bildirib.

Uveyhan, Mankaf bölgəsində iki binada baş verən yanğında ilkin təsbitlərə görə 35 nəfərin həyatını itirdiyini, 15 yaralının xəstəxanaya göndərildiyini, yaralılardan 6-nın müdaxiləyə baxmayaraq həyatını itirdiyini bildirib.

Uveyhan qeyd edib ki, mülki müdafiə və tibb qrupları 11 nəfəri xilas edib.

Tələfatların əksəriyyətinin tüstüyə məruz qalması nəticəsində baş verdiyini bildirən Uveyhan, yanğının səbəbinin araşdırıldığını bildirib.

Yerli mətbuatda yer alan xəbərlərdə yanğının baş verdiyi iki binada çoxlu əcnəbi işçinin olduğu bildirilib.

Mənbə: Tgrthaber.com.tr

Oxşar xəbərlər

Putin Pezeşkian və Netanyahu ilə telefonla danışdı

Aynur Camal

Başqa bir piramida sirri! Bu dəfə o, suyun altında aşkar edildi

Aynur Camal

Dərinin qocalması ilə mübarizə aparan məhsul hansıdır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu