Baş xəbərDünya

KXDR-in hərbi təxribatından sonra Cənubi Koreyanın Yonpyonq adasının sakinləri təxliyə edilir

Cənubi Koreya hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi təxribatı ehtimalı ilə əlaqədar sərhəd zonada yerləşən Yonpyonq adasının sakinlərinın dərhal sığınacaqlara təxliyə edilməsinə qərar verib.

Bugun.tv “Yonhap” agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilir ki, təcili təxliyəyə Müdafiə Nazirliyinin istəyi ilə yerli vaxtla günorta 12:02-də qərar verilib. “Biz təxliyə barədə qərarı hərbi hissədən Şimali Koreyanın təxribatı ilə əlaqədar Yonpyonq adasına dənizdən zərbələr endiriləcəyi barədə məlumat aldıqdan sonra verdik”- deyən səlahiyyətli şəxs “Yonhap” agentliyinə bildirib.

Bugün TV

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu