17 C
Baku
10 İyun 2025, 5:13
MədəniyyətSosial

Lənkəranlı yazarın Şəhidlərə həsr etdiyi kitabı işıq üzü görüb

“Şəhidnamə” adlanan bu kitabda yazar yaşadığı kəndin bütün şəhidlərinə ithaf etdiyi esse və şeirlər, həmçinin də maraqlı hekayələr yer alıb. Müəllif bu kitabla oxucularına, əxlaqi və mənəvi keyfiyyətlərin yalnız nəzəri olaraq kitablarda deyil məhz praktiki olaraq əziz şəhidlərimizin həyatında kifayət qədər nümünələrin var olduğunu çatdırır.

“Şəhidnamə” müəllifin sayca 4-cü kitabıdır. İlk kitabı “Hamı təkdir bu dünyada” şeirlər və hekayələr , ikinci kitabı “Boladi Şəhidləri” adlı oçerk və üçüncü kitabı “Qızlar oxumasın” adlı psixoloji romandır.

Qeyd edək ki, Eldar İlqaroğlu 15.05.1985-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 2002-2006-illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib. 2006-2009-cu illərdə ixtisası üzrə orduda zabit olaraq, xidmət etmişdir. 2011-ci ildən Lənkəran rayon Boladi kənd tam orta məktəbinin hərbi rəhbəri vəzifəsində çalışır.

Oxşar xəbərlər

ÇİN XALQ RESPUBLİKASININ YARANMASININ 74-CÜ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLDİ

Kəmalə Sultan

Evlənmirəm, vəssalam!

Bugün TV

Muzeydə anım günü keçirildi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu