23 C
Baku
27 İyul 2025, 3:41
Baş xəbər

“Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin qurulması şanlı zəfərimizin davamıdır”

“Bu tarixi hadisədir. Sərhəd-keçid məntəqəsinin qurulması, şübhəsiz ki, Azərbaycan ərazilərində təxribat həyata keçirmək istəyən bütün qüvvələrin atacağı addımların qarşısını alacaq. Bundan sonrakı proseslərdə – həm renteqrasiya prosesində, həm də bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhvəsini verəcək”.
Bu sözləri Bugun.tv-yə müsahibəsində politoloq Elçin Mirzəbəyli deyib.
“Bu günə qədər həyata keçirilən işlər, atılan addımlar böyük önəm daşıyır. Amma indiki şəraitdə, məhz Laçında, Ermənistanla sərhəddə, sərhəd-keçid məntəqəsinin qurulması faktiki olaraq həm də, milli iradəmizin ortaya qoyulması və Azərbaycana qarşı həyata keçirilən bütün proseslərin qarşısına poladdan nida işarəsinin olması deməkdir. Bu aspektdən bütün xalqımızı təbrik edirəm! Düşünürəm ki, bundan sonraki proseslər milli iradəmizin ifadə etdiyi kimi, son nəticəyə varacaq və Azərbaycan öz hədəflərinə doğru addım-addım irəliləyəcək”,- politoloq E.Mirzəbəyli əlavə edib.

Müxbir: Qaytən Qasımzadə

 

Bugün TV

Oxşar xəbərlər

Hizbullah Katyuşa ilə İsrailə hücum etdi

Aynur Camal

Serbiya Kosovodan addım: Qadağa götürüldü!

Aynur Camal

4,1 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu