20 C
Baku
14 Oktyabr 2025, 10:58
Baş xəbərSosial

Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi quruldu

Dövlət sərhəd xidmətinin mətbuat mərkəzindən Bugun.tv-yə verilən məlumata görə, dünən Ermənistan tərəfindən birtərəfli qaydada bizim ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulub.

Xatırladaq ki, bu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına zidd addımdır.

Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə məntəqənin qurulmasına adekvat olaraq bu gün 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Aynur Camal

Oxşar xəbərlər

Nazir Yumaklı: Kısık bəndinin tikintisinə başlayırıq

İntizar Əmirova

İsrailin Livanın paytaxtı Beyruta hava hücumu

Aynur Camal

Yanğın oldu: 29 ölü var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu