“Mənəvi təzminat” olaraq insanlara evlərini yandırmağa icazə verildi”.
“Hraparak” nəşrinin yaydığı məlumata görə, bu hədsizlik ifadə edən sözləri Azərbaycana qarşı revanşist və irqçi çıxışları ilə seçilən keçmiş Ermənistan deputatı, “Çiçəklənən Ermənistan” partiyasının sədri Naira Zohrabyan Laçından çıxmalı olan haylar haqda danışarkən söyləyib.
“Artsax hakimiyyəti Berdzor(Laçın-S.L.) və Ağavno(Zabux-S.L.) əhalisinə məlumat verib ki, onlar avqustun 25-dək evlərini tərk etməli, məzarlarını sökməli və qohumlarının məzarlarını yeni yaşayış yerinə köçürməlidirlər.
Yaradılan operativ qərargah Berdzor sakinlərinin və Ağavno sakinlərinin mənzil problemi ilə məşğul olacaq” -N.Zohrabyan belə deyib.
Erməni partiya sədri əlavə edib ki, sentyabrın 1-də Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi Azərbaycana təhvil veriləcək…