17 C
Baku
10 İyun 2025, 6:09
Siyasət

Lalə Şövkət çağırış etdi: Ayıq olun!

Son günlər sabiq dövlət katibi Lalə Şövkətin səhhəti ilə bağlı yenə müxtəlif iddialar səsləndirilir. Onun yerimə qabiliyyətini itirdiyi də iddialar sırasındadır.

Keçmiş dövlət katibinin köməkçisi və oğlu Sidqi Şövkət Modern.az-a açıqlamasında bildirib ki, anasının vəziyyəti qənaətbəxşdir:

“Lalə Şövkət hazırda Bakıdadır. Son 10 ildə paytaxtı tərk etməyən Lalə xanımın əsas sağlamlıq problemi ürəyi ilə bağlıdır. O heç vaxt hərəkət qabiliyyətini itirməyib və səhhətində ciddi geriləmə müşahidə olunmayıb”.

S.Şövkət deyib ki, Lalə Şövkət siyasi prosesləri izləyir və Azərbaycanı ayıq olmağa çağırır:

“Dünya miqyasında siyasət sözü öz mahiyyətini itirib. Geosiyasətdə, beynəlxalq münasibətlərdə xaos və alverxana baş alıb gedir. Buna görə də Azərbaycan gərək ayıq olsun və öz təhlükəsizliyini tam təmin eləsin. Qarşıda çox xoşagəlməz hadisələr ola bilər”.

Bəs Lalə Şövkət keçmiş siyasətçilərdən kimlərlə əlaqə saxlayır?

S.Şövkət sualımıza belə cavab verib: “Lalə xanım heç vaxt öz görüşləri haqqında danışmır, hesabat vermir”.

Mənbə: Modern.az

Aynur Camal

Oxşar xəbərlər

YENİ GEOSİYASİ REALLIĞIN QƏBULU AZƏRBAYCAN HESABLAŞILAN GÜCƏ ÇEVRİLİR

Aynur Camal

YAP nümayəndə heyəti AK Partinin qurultayında iştirak edib

Bugün TV

İsrailin yeni planı: bütün Qəzzanı işğal etmək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu