22 C
Baku
27 İyun 2025, 0:40
Dünya

Lassa qızdırması 190 nəfərin həyatına son qoydu

Bu il Afrikanın ən sıx məskunlaşdığı Nigeriyada heyvanlardan insanlara keçən Lassa qızdırması səbəbindən 190 nəfər ölüb. Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris ölkədə Lassa qızdırması hallarında və ölümlərdə həyəcanverici artım olduğunu bildirib.

İdris bildirib ki, bu il ölkədə 9492 şübhəli Lassa qızdırması hadisəsi aşkarlanıb və onlardan 1154-ü testlərdə müsbət çıxıb.

Bu il Lassa qızdırması epidemiyası səbəbiylə 190 nəfərin həyatını itirdiyini bildirən İdris, epidemiyaya bağlı ölüm nisbətinin daim yüksək olaraq qaldığını bildirib.

Hökumət ölkə daxilində epidemiyaya görə 3 dərmanın müəyyən edildiyini açıqlayıb.

Nigeriyadakı epidemiya ilk dəfə 1969-cu ildə Borno əyalətində aşkarlanıb.

Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində aşkarlanıb.

Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan etdi.

Siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.

Səlahiyyətlilər əhalini siçan və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

18 yaşlı şahmat dünyasının ən gənc çempionu kimi tarixə düşüb

Aynur Camal

ABŞ və Böyük Britaniya razılığa gəldi! Trampdan təriflər

Aynur Camal

Qəzaya uğrayan təyyarədə 4 uşaq sağ tapıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu