“Səfərin ikinci günündə Rusiya Federasiyasının Xarici İşlər Nazirinin Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclasında çıxış edəcəyi gözlənilir” – bu barədə xarici KİV-i məlumat yayıb.
Bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yeni həftəyə Bakıya iki günlük səfərin ağır proqramı ilə başlayacaq. Səfər ötən il fevralın 22-də imzalanmış dostluq qarşılıqlı fəaliyyət haqqında ikitərəfli bəyannamənin birinci ildönümünə təsadüf edir.
Rusiyanın baş diplomatının Azərbaycan prezidenti İlham Əliyev və respublikanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü gözlənilir.
Lavrov Azərbaycan liderləri ilə görüşlər zamanı ikitərəfli məsələlərin bütün kompleksini, cari regional və beynəlxalq problemləri müzakirə edəcək, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sazişlərinin icrasında irəliləyişlərə xüsusi diqqət yetirəcək, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova deyib. Mənbə: TASS
