10 C
Baku
13 Dekabr 2024, 1:00
Siyasət

Lavrov: “Qərbin Ukrayna ilə bağlı mövqeyi ikiüzlülükdür”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və müttəfiqlərinin suveren ölkələri necə bombaladığını xatırladıb.

“Əgər ABŞ-ın Yuqoslaviya, İraq, Liviya, Suriya ilə etdiyi kimi, dünyanın istənilən ölkəsini öz milli maraqları üçün təhlükə elan etmək hüququ olduğunu düşünürsünüzsə, Atlantik okeanının o tayından on min kilometr uzaqdasınız. Uşaqlar, sizin etdiyiniz işin sonu pis olacaq. Söhbət hansısa uzaq yerdən yox, düz bizim sərhədlərimizdən, əsrlər boyu rusların yaşadıqları ərazilərdən gedir. Bir sözlə, əgər bu sizin “ikili standart” adlandırdığınız oyun deyilsə, deməli, mən xarici işlər naziri deyiləm”.

Bugun.tv TASS-a istinadən xəbər verir ki, bunu Sergey Lavrov  “Raisina Dialogue” beynəlxalq siyasi elmlər konfransında deyib.

O, konfrans moderatorunun Rusiyanın Ukraynadakı hərəkətlərinin nəyə səbəb ola biləcəyi ilə bağlı sualına belə reaksiya verib.

“Bu konfrans nə vaxt başladı? Siz onu 2014-cü ildə başladınız? Bu illər ərzində İraqda və ya Əfqanıstanda baş verənlərlə maraqlandınızmı? ABŞ və NATO-ya onların nə etdiklərini bilib-bilməmələri ilə bağlı hər hansı sual verdinizmi?”, – deyə Lavrov soruşub.

O vurğulayıb ki, Ukraynada Rusiyaya məxsus hər şeyə qarşı müharibə aparılır.

“Təsəvvür edirsinizmi? Məsələn, İrlandiya ingilis dilini, Belçika fransız dilini, İsveçrə alman dilini və ya Finlandiya isveç dilini qadağan edir? Təbii ki, yox. Amma Ukraynada rus dili tamamilə ləğv olunanda heç kim barmağını belə qaldırmadı”, – Lavrov yekunlaşdırıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Texasda yük maşınında 46 ölü miqrant tapıldı

Bugün TV

Laçın-Xankəndi yolu ilə Azərbaycana gələnlərə XƏBƏRDARLIQ – FOTO

Aynur Camal

Rusiya, İran və Qazaxıstan arasında rabitə xəttinin yaradılması ilə bağlı fevralda danışıqlar aparılacaq

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu