4 C
Baku
11 Fevral 2026, 20:13
Dünya

Lavrov: Ukrayna ilə Rusiyanın maraqlarına zidd sülh sazişi imzalanmayacaq

Sergey Lavrov, Rusiya, Ukrayna, sülh sazişi, Rusiya Ukrayna müharibəsi, ABŞ Rusiya münasibətləri, strateji sabitlik, Yeni START müqaviləsi, Donald Tramp, Volodimir Zelenski, Alyaska zirvəsi, Avropa, NATO, Arktika, Qrenlandiya, Danimarka, Venesuela nefti, Rusiya Xarici İşlər Nazirliyi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə Rusiyanın maraqlarına uyğun olmayan sülh razılaşmasının imzalanmayacağını bildirib.

Bugun.tv xəbər verir ki, Lavrov bu fikirləri Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasında deputatlar qarşısında çıxışı zamanı səsləndirib.

Nazir qeyd edib ki, Rusiya yalnız o halda güzəştə hazırdır ki, ölkənin qanuni maraqları pozulmasın.

Lavrov ABŞ ilə münasibətlərin yaxşılaşdırılması məsələsinə də toxunaraq bildirib ki, indiyədək Ukrayna məsələsi və ikitərəfli münasibətlərlə bağlı dialoqun yenidən başlanmasından başqa ciddi nəticə əldə edilməyib. O, ABŞ ilə dialoqun iqtisadi layihələr də daxil olmaqla mühüm irəliləyişlərə səbəb ola biləcəyinə ümid etdiyini deyib.

Lavrov, ABŞ-ın yenilənmiş milli təhlükəsizlik strategiyasında Rusiyanın düşmən deyil, potensial tərəfdaş kimi göstərilməsini müsbət addım adlandırıb.

Strateji sabitlik üzrə dialoq mesajı

Nazir bildirib ki, Rusiya ABŞ ilə strateji sabitlik məsələləri üzrə dialoqa hazırdır. Onun sözlərinə görə, əgər Vaşinqton bu istiqamətdə əməkdaşlığa sadiqliyini təsdiqləsə, yeni strateji razılaşma üzərində işləmək mümkün olacaq.

Lavrov həmçinin ABŞ-ın Rusiya, Çin və İranın Venesuelada neft istehsalı və satışına qarşı tətbiq etdiyi məhdudiyyətləri “birbaşa ayrı-seçkilik” adlandırıb.

“Alyaska zirvəsində razılaşmalar qüvvədə qalır”

Lavrov xatırladıb ki, ötən il ABŞ və Rusiya arasında Alyaskanın Ankoric şəhərində keçirilən zirvə görüşündə Ukrayna böhranının uzunmüddətli həlli ilə bağlı müəyyən razılaşmalar əldə olunub və həmin uzlaşmalar hələ də gündəmdədir.

Onun sözlərinə görə, Avropa ölkələri və Ukrayna Prezidenti Volodimir Zelenski bu razılaşmaları pozmağa çalışır.

Lavrov bildirib:

“Uyğun olmayan sülh sazişi imzalanmayacaq. Amma qanuni maraqlarımız tapdanmadan güzəştlərə hazırıq. Sülh razılaşmasından sonra Rusiyanın təhlükəsizliyi, Rusiya vətəndaşları və rus mədəniyyəti üçün heç bir təhdid qalmamalıdır”.

Nazir əlavə edib ki, Avropa özünü tam şəkildə nüfuzdan salıb, lakin Rusiya öz maraqları çərçivəsində Avropa ölkələri ilə dialoqu bərpa etməyə açıqdır.

Qrenlandiya ilə bağlı açıqlama

Lavrov ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyinə də toxunaraq bildirib ki, bu məsələ birbaşa Rusiyanı maraqlandırmır.

O qeyd edib ki, ABŞ, Danimarka və Qrenlandiya məsələni ada sakinlərinin mövqeyi nəzərə alınmaqla öz aralarında həll etməlidir.

Lavrov Arktika bölgəsinin sülh və əməkdaşlıq zonası kimi qalmasının vacibliyini vurğulayaraq Qrenlandiyanın hərbiləşdirilməsi halında Rusiyanın lazımi tədbirlər görəcəyini bildirib.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Müsəlmanlara qarşı ayrı-seçkiliyə görə CNews kanalına 100 min avro cərimə

Aynur Camal

Həkim D vitamininin əlçatan mənbələrini açıqladı

Aynur Camal

Zelenski: Rusiya hücumları diplomatiyaya inamı sarsıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu