Siyasət

Lavrov və Çavuşoğlu görüş zamanı nələri müzakirə etdilər?

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çərşənbə günü G20 Xarici İşlər nazirlərinin toplantısı çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə taxıl müqaviləsini müzakirə ediblər. O bu sənədin yalnız Rusiyadan alınan kənd təsərrüfatı məhsulları və gübrə istehsalçılarının maraqları çərçivəsində uzadıla biləcəyini vurğulayıb.

Bugun.tv xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat da yayıb. Bundan başqa, nazirlər ticari-iqtisadi sahədə Rusiya-Türkiyə əməkdaşlığı, o cümlədən fevral zəlzələlərinin nəticələrinin aradan qaldırılmasında Ankaraya köməklik məsələlərini müzakirə ediblər. İki ölkənin baş diplomatları Türkiyə ilə Suriya arasında əlaqələrin normallaşmasına da diqqət çəkiblər.

Bir sıra beynəlxalq problemlər, o cümlədən Suriyadakı vəziyyət müzakirə edilib. Suriya Ərəb Respublikasında terror təhlükəsinin aradan qaldırılması üçün birgə səylərin gücləndirilməsi ilə yanaşı, Türkiyə-Suriya əlaqələrinin normallaşdırılması istiqamətində regionun maraqlı dövlətlərinin işinə xüsusi diqqət yetirilib.

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: CNN-in Azərbaycanla bağlı materiallarının arxasında Netanyahu hökuməti dayanır

Aynur Camal

Azərbaycan CNN-in İranla bağlı iddialarını rədd etdi

Aynur Camal

Reuters: Trampın yeni tarif planı mübahisələrə səbəb olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu