25 C
Baku
8 Sentyabr 2025, 12:20
Siyasət

Lavrova ‘hava məkanı’ qadağası

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Serbiya səfəri Bolqarıstan, Şimali Makedoniya və Monteneqronun hava məkanını bağlamaq qərarına görə ləğv edilib.

Bugün.tv bu barədə xarici mətbuata istinadən xəbər verir. Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofaona Bolqarıstanın Lavrovun Serbiyaya uçuşu üçün hava məkanını bağlamaq qərarına gəldiyini açıqlayıb. Bolqarıstandan gələn bu xəbərdən sonra Monteneqro Xarici İşlər Nazirliyindəki mənbələr hava məkanını bağlamaq qərarına gəldiklərini ictimaiyyətlə bölüşdülər. Şimali Makedoniyanın da bu istiqamətdə qərar verdikdən sonra, rəsmi səfər ləğv edilib.

Serbiya tərəfi Lavrovun səfərinin hava məhdudiyyətlərinə görə ləğv edildiyini açıqlayıb.
Serbiya tərəfinin ləğv olunduğunu elan etdiyi səfərlə bağlı Moskvadan hələlik rəsmi açıqlama daxil olmayıb.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Prezident İ.Əliyev:”Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur”

Şükufə Ramizqızı

Prezidentlər ilk dəfə olaraq səmimi şəkildə salamlaşirlar

Aynur Camal

The Guardian qəzeti Netanyahunun çəkdiyi rəsmə görə 40 illik karikaturaçısını işdən çıxarıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu