7 C
Baku
5 Fevral 2025, 13:41
Baş xəbər

Layihəmiz “Rəqəmsal Rabitə Mükafatları 2024” müsabiqəsində yüksək qiymət aldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Proaktiv sosial ödənişlər mexanizmi” layihəsi Almaniyada təşkil olunan “Rəqəmsal Rabitə Mükafatları 2024” müsabiqəsində yüksək qiymət alıb.

Bugun.tv-yə daxil olan məlumata görə, layihə müsabiqənin  “İnnovativ Kommunikasiya” kateqoriyası üzrə mükafata layiq görülüb.

Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Birləşmiş Krallıq, İsrail, Türkiyə, İsveçrə, Almaniya və bir sıra digər ölkələrin 150-ə yaxın qurumu iştirak edib.

Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi isə ABŞ-nin  “OnCon Icon Awards 2024” müsabiqəsinin” 10 ən yaxşı texnologiya komandası” kateqoriyasında qalib seçilib.

Müsabiqədə dünyanın müxtəlif ölkələrindən Dell Technologies, EY, Microsoft, Walmart və texnologiya sahəsində fəaliyyət göstərən digər 200-ə yaxın təşkilat iştirak edib.

Mənbə: Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Aynur Camal

Jalə Əhmədova: “Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir”  

Nigar Məmmədova

İlon Mask dünyanın ən varlı 500 adamı siyahısına başçılıq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu