16 C
Baku
16 Oktyabr 2025, 23:48
Baş xəbər

Layiqli vətəndaşların yetişdirilməsində böyük rolu olan müəllimlərmizin günüdür

Bugün.tv xəbər verir ki, bir çox ölkələr 1994-cü ildə YUNESKO tərəfindən təsis edilən Ümumdünya Müəllimlər Gününü qeyd edir.

Azərbaycanda da 5 oktyabr müəllimlərin peşə bayramı kimi tarixə düşüb.

İlk dəfə bu günü təsis etmək  müəllimlərin statusunu qaldırılmaq, eyni zamanda müəyyən bir sahədə və ümumilikdə cəmiyyətdə xüsusi töhfələrinə görə onları şərəfləndirmək məqsədi daşıyıb.

Xatırladaq ki,  bu ideya 19-cu əsrdə bir çox ölkələrdə kök salmışdır.

Müəllimlər bu gün cəmiyyətimizin nüfuzlu şəxslərindən hesab olunurlar. Onlara xalq arasında böyük hörmət və ehtiram olub və var. Heç bir müasir təhsil texnologiyası müəllim əməyini əvəz edə bilməz. Amma cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyət qarşısında öz borcunu, məsuliyyətini hiss edir.

Heç şübhəsiz ki, bu gün də müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edir, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəmirlər.

Bayramınız mübarək, əziz müəllimlər!

Aynur Camal

Oxşar xəbərlər

Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları ilə vida mərasimi keçirilib

Bugün TV

Cənubi Koreyada saxta cinsi şəkillərə görə Telegram-a qarşı araşdırma başladılıb

Aynur Camal

Trampın Ukraynadakı münaqişəni həll etmək planı tarix kitablarına düşəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu