34 C
Baku
26 İyul 2025, 21:24
Siyasət

Lefkoşada Şimali Kipr və Azərbaycan parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Milli Məclisinin Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin rəhbərlik etdiyi deputat qrupu ŞKTC Respublika Məclisinin (parlament) Lefkoşa şəhərindəki yeni binasında olub.

Bugun.tv xəbər verir ki, ŞKTC parlamentinin sədri Ziya Öztürkler ilə keçirilən görüşdə Milli Məclisin deputatları Cavanşir Feyziyev, Azər Allahverənov, Anar Məmmədov, həmçinin ŞKTC-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu iştirak ediblər.

Görüş iştirakçıları Azərbaycan ilə ŞKTC arasında parlamentlərarası əlaqələrin inkişafı yollarını müzakirə ediblər. Şimali Kiprdə ölkəmizə həsr olunmuş sosial-mədəni tədbirlərin sayının artırılması ilə bağlı fikir mübadiləsi də aparılıb.

Şimali Kipr parlamentinin sədri Ziya Öztürkler Milli Məclis deputatlarının Lefkoşaya səfərindən məmnunluğunu ifadə edib. O bildirib ki, ŞKTC Azərbaycanla əlaqələri daha da genişləndirməyə hazırdır.

ŞKTC dövlət strukturlarının Lefkoşada Azərbaycan Mədəniyyət Mərkəzi üçün torpaq sahəsi ayrılması qərarı yüksək qiymətləndirilib. Yeni mərkəzin fəaliyyətinin iki qardaş ölkə arasında mədəniyyətlərarası əlaqələrə güclü təkan olacağına ümid ifadə olunub.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputat qrupu Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhyaratma əməliyyatına başlamasının ildönümü ilə əlaqədar ŞKTC-də qeyd olunan Sülh və Azadlıq Gününə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün Lefkoşada səfərdədir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri Ankara

Aynur Camal

Oxşar xəbərlər

NATO-nun baş katibi Zelenskini təşkilatın iyulda keçiriləcək sammitinə dəvət etdi

Nigar Məmmədova

Millət vəkili Ceyhun Məmmədov Fransa senatını Azərbaycana çağırdı

Bugün TV

Lavrov Ukraynada ölmək üzrə olan ərazi adlandırdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu