11 C
Baku
4 Dekabr 2025, 1:34
Digər

Leman gölü üzərində təyyarələrin təhlükə ilə üzləşməsinin səbəbləri araşdırılır

Bugun.tv “La Tribune de Geneve” qəzetinə istinadla xəbər verir ki, Afinadan qalxaraq Cenevrə-Cointrin hava limanına enməyə hazırlaşan təyyarə suyun səthinə 80 metr yaxın olub. Təyyarə avtomatik təhlükə xəbərdarlığı sisteminin siqnalı ilə pilotların mühərrik gücünü artırması nəticəsində yenidən yüksəkliyə qaldırılıb və qəza baş verməyib. Vurğulanır ki, hadisə zamanı hava şəraiti normal, görmə imkanları qənaətbəxş olub. Belə şəraitdə təyyarə həmin vaxt 300 metr yüksəklikdə olmalı idi. Qeyd edək ki, bu, Leman gölü üzərində baş verən ilk belə hadisə deyil. 2023-cü ilin noyabr ayında da oxşar hal qeydə alınıb. Mütəxəssislər bildiriblər ki, qısa müddətdə eyni ərazidə iki oxşar hadisənin qeydə alınması ciddi suallar doğurur. Ona görə də, bu məsələnin ciddi şəkildə nəzərdən keçirilməsi və müvafiq tədbirlərin görülməsi planlaşdırılıb.

Bugün TV

Oxşar xəbərlər

Monteneqroda meşə yanğınları ilə mübarizə davam edir

Bugün TV

Avropa İttifaqı okean və suların bərpası üçün 13 layihəyə 116 milyon avro ayırdı

Bugün TV

Ölümlə nəticələnən zəhərlənmələr hansı halda baş verir?    

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu