Bugun.tv – xəbər verir ki, bu gün Milli Məclisin deputatı Vasif Qafarov Lerik rayonunun Nücü kəndində növbəti vətəndaş qəbulu keçirib. Qəbulda Nücü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Nücü, Lərmərud, Haftonu, Vamazğon, Davidonu kəndlərinin sakinləri iştirak edib.
Qəbulda iştirak edən vətəndaşların müraciət və təklifləri dinlənilib, onları narahat edən problemlərin bir qismi yerindəcə həll edilib, digər məsələlərlə bağlı qanunvericiliyə uyğun müvafiq strukturlar qarşısında məsələ qaldırılacağı vurğulanıb.