28 C
Baku
9 İyun 2025, 19:41
Baş xəbərKriminal

Lerikdə qanunsuz əldə edilmiş meşə materialı aşkarlandı

Bugun.tv xəbər verir ki, Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının alınması istiqamətində Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı Lənkəran-Lerik yolunun 37-ci kilometrliyində Lənkəran rayon sakini F.Əmirovun idarə etdiyi “Mercedes Sprinter” markalı yük avtomobili saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, həmin nəqliyyat vasitəsinin yük yerindən qanunsuz yolla əldə edilmiş işlik qızılağac cinsli meşə materialı aşkarlanıb.

Bundan lavə, şöbə əməkdaşları tərəfindən Lerik rayonu ərazisində saxlanılan “Ural” və “Zil-131” markalı avtomobillərdən qanunsuz yolla əldə edilmiş 11m3 həcmində oduncaq aşkarlanıb.

Hazırda aşkarlanan faktlarla bağlı qanunamüvafiq qaydada tədbirlərin görülməsi üçün araşdırma aparılır.

Meşələrin mühafizəsi, qanunsuz ağac kəsintisinə qarşı polis əməkdaşları tərəfində mübarizə tədbirləri davam etdirilir.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

“Təkrar ali və orta ixtisas təhsili” növü üzrə sənəd qəbulu başladı

Aynur Camal

FETÖ istintaqında QMİ Mütəxəssis Yardımcılığı İmtahanı ilə bağlı 10 həbs qərarı

Aynur Camal

Sahilə çıxan 50-dən çox balina öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu