8 C
Baku
22 Dekabr 2025, 4:34
Baş xəbərKriminal

Lerikdə qanunsuz kömür quyusu aşkar edildi

Bugun.tv xəbər verir ki, Lerikdə qanunsuz kömür quyusu aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ekoloji mühitin qorunması məqsədilə keçirilən növbəti nəzarət tədbirlər zamanı qanunsuz olaraq ağac kömürü istehsal edilən kömür quyusu tapılıb.

Qanunsuz kömür istehsal edən şəxsin rayonun Daster kənd sakini İ.Abdullayev olması müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib, qanunamüvafiq qaydada tədbirlər görülüb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Səfir Ferqus Old həlak olanların yas mərasimində iştirak edib

Aynur Camal

49 yaşlı kişi qətlə yetirildi

Bugün TV

Ayaqları hədsiz arıq göstərən cins şalvarların reklamı qadağan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu