21 C
Baku
28 İyun 2025, 0:57
Baş xəbərHadisə

Ölkəmizdə leysan yağışları daşqınlara səbəb oldu: 2 nəfər öldü

Bugun.tv xəbər verir ki, Türkiyənin İLKHA saytı Azərbaycanda baş verən leysan yağışları barəsində yazıb.

Məlumata görə, Göygöl rayonunda leysan yağışlar nəticəsində çayın daşması nəticəsində baş vermiş sel fəlakəti iki nəfərin həyatına son qoyub.

Ötən gün axşam saatlarında Azərbaycanın qərbində təsirli olan leysan yağışları nəticəsində Göygöl rayonunda Gəncə çayı məcrasından çıxıb.

Çayın daşması nəticəsində rayonun Zurnabad, Şəhriyar, Kərəmli və Topalhəsənli kəndlərində daşqınlar baş verib.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Topalhəsənli kəndində 2 nəfərin daşqın çayının sularında qalaraq həyatını itirdiyini açıqlayıb.

Açıqlamada 3 nəfərin xəsarət alaraq xilas edilərək xəstəxanaya aparıldığı bildirilib.

Daşqın nəticəsində avtomobil yollarına, təbii qaz xətlərinə, elektrik və telefon xətlərinə, kənd təsərrüfatına yararlı torpaqlara, bağlara və iş yerlərinə ziyan dəyib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Müasir Azərbaycan tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Aynur Camal

İsraildə sirenlər səslənir! Raket Yəmən ərazisindən atılıb

Aynur Camal

Xaricdən gələn “WhatsApp” zənglərinə diqqət!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu