17 C
Baku
10 İyun 2025, 5:18
Dünya

Leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində 7 nəfər öldü

İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölkə mətbuatında yer alan xəbərlərə görə, Şimali Sumatra əyalətinin mərkəzi Medan və Berastagi şəhərini birləşdirən yolda sürüşmə baş verib.

Turistləri daşıyan avtobus leysan yağışların yaratdığı sürüşmədə torpaq altında qalıb. İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Axtarış-xilasetmə işləri davam edir.

Noyabrın 25-26-da Sumatra adasında baş verən qəfil sel və torpaq sürüşməsi nəticəsində 20 nəfər həlak olub.

17 mindən çox adadan ibarət İndoneziyada oktyabrdan mart ayına qədər yağan mövsümi yağışlar tez-tez sel və torpaq sürüşməsinə səbəb olur.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Şəkər əvəzedicilərindən istifadə fayda yox, ziyan edir”

Aynur Camal

AB və ABŞ arasında “sürətli danışıqlara” çağırış edildi

Aynur Camal

ABŞ Rusiya silahlarına görə təcili tədbirlər görülməsini tələb edib

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu