LG 12 düymdən 18 düymədək genişlənə bilən dünyanın ilk çevik ekranını nümayiş etdirdi. Mikro LED texnologiyasından istifadə edən ekran geyilən cihazlardan tutmuş avtomobil sistemlərinə qədər bir çox sahədə inqilab edə bilər.
Ekran texnologiyalarında məhdudiyyətləri aşaraq, LG yenidən əlamətdar bir yeniliyə nail oldu.
Şirkət, səth sahəsini 50 faizə qədər genişləndirə bilən dünyanın ilk çevik ekranını hazırladığını açıqlayıb.
Üstəlik, bu ekran OLED deyil, mikro LED texnologiyasından istifadə edir və yüksək piksel sıxlığına malikdir. LG-nin açıqlamasına görə, yeni ekran 12 düym diaqonaldan 18 düymlük ekrana qədər uzana bilər. Bu elastiklik yenilikçi plastik substrat materialı sayəsində mümkün olur.
40 mikrometr ölçüsündə mikro LED piksellər 10 mindən çox uzanma dövrü üçün davamlılığı təmin edir. Panel hətta həddindən artıq temperaturda və ya düşmə kimi təsirlərdə belə 100ppi təsvir keyfiyyətini saxlaya bilir.
LG çevik ekranın bir çox sahədə, xüsusilə də daşınan texnologiyalarda istifadə oluna biləcəyini proqnozlaşdırır.
Şirkət əvvəllər uzana, qatlana və əyilə bilən displeylərlə təchiz olunmuş yeni geyim kolleksiyalarını nümayiş etdirmək üçün moda dizayneri ilə əməkdaşlıq edirdi.
Çevik ekranın hazırlanması Koreya hökumətinin dəstəklədiyi layihə çərçivəsində həyata keçirilib.
Hökumət, ən azı 20 faiz uzanma qabiliyyəti tələb edən prototiplərin istehsalı üçün şirkətlər və tədqiqat obyektləri konsorsiumuna sponsorluq etdi. LG tərəfindən hazırlanmış yeni panel bu tələbi iki dəfədən çox üstələyir.
Samsung həmçinin uzana bilən displey inkişaf konsorsiumunun bir hissəsidir və bu yaxınlarda mikro LED displey təqdim etdi. Şayiələrə görə, şirkət uzana bilən displeyli immersiv fitnes izləyicisi üzərində işləyir.
Mənbə: EnSonHaber