17 C
Baku
18 Oktyabr 2024, 8:33
Dünya

Limanda baş verən partlayışın yeni görüntüləri

İsrailin Yəmənin Hudeyda limanına hücumu anının yeni görüntüləri ortaya çıxanda partlayışın şiddəti bir daha üzə çıxıb.

Yəməndə İsrailin Təl-Əviv şəhərini PUA-larla hədəfə alan husilərə qarşı cavab ağır olub.

İsrail ilk dəfə olaraq Yəməni birbaşa hədəfə alıb və Hudeyda limanına hücum edib.

Limandakı neft anbarları hücumda hədəfə alınıb.

Hücumda 6 nəfər həyatını itirərkən, həmin anların yeni görüntüləri ortaya çıxıb.

Limana yaxın bir yerdə qeydə alınan kameraya əks olunan görüntülər partlayışın nə qədər şiddətli olduğunu bir daha ortaya qoydu.

Xatırladaq ki, cümə günü yerli vaxtla saat 03:00-da Təl-Əvivin mərkəzində ABŞ səfirliyi yaxınlığında PUA-nın hücumu ilə güclü partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər qəlpə və partlayışın təsirindən yaralanıb.

Yəməndəki husilər, radarların təsbit edə bilmədiyi və hava hücumundan müdafiə sistemlərinin qarşısını ala bilmədiyi “Yafa” adlı yeni İHA ilə Tel-Əvivi hədəf aldıqlarını açıqlayıb.

Husilər İsrailin mərkəzini hədəf almağa davam edəcəklərini və Təl-Əvivin onlar üçün “təhlükəsiz zona” olduğunu açıqlayıblar.

İsrailin müdafiə naziri Yoav Gallant İHA hücumuna “lazımi cavabı” verəcəklərini bildirib.

Mənbə: EnSonHaber

Kəmalə Sultan

Oxşar xəbərlər

Google erası başa çatır? OpenAI yeni axtarış sistemini işə salır

Aynur Camal

Daşkəsən, Kəlbəcər və Laçında olan təxribatlar haqqında Türk siyasi ekspertinin fikirləri

Aynur Camal

Si Cinpin Ukraynada atəşkəs üçün şərt adlandırıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu