27 C
Baku
27 İyun 2025, 20:26
Baş xəbərDünya

Limon toxumlarını qaynadıb içmək nəyə faydalıdır?

Məlumdur ki, limon toxumlarını qaynadıb içməyin sağlamlığa müəyyən faydaları var. Limon toxumlarını qaynadıb içməyin faydalarını sizə təqdim edirik…

Təbii müalicə mənbələri arasında yer alan limon təkcə suyu və qabığı ilə deyil, tumları ilə də diqqət çəkir.

Tez-tez çölə atılan limon toxumları əslində sağlamlıq üçün bir çox fayda verə bilər.

Xüsusilə qaynadılmış halda istehlak edildikdə immunitet sistemini dəstəkləyən, həzmi asanlaşdıran və orqanizmi təmizləyən təsirlərə malik olduğu bildirilir.

Limon toxumu çayının faydaları

– Limon toxumlarında antioksidan xüsusiyyətlərə malik flavonoidlər və C vitamini var. Bu da immunitet sistemini gücləndirə bilər.

– Limon toxumu çayı mədəni sakitləşdirir və həzmi asanlaşdırır. Bəzi mənbələr onun bağırsaqlardakı zərərli bakteriyalara qarşı təsirli ola biləcəyini göstərir.

– Tərkibindəki təbii birləşmələr sayəsində bədəndəki iltihabı azaltmağa kömək edə bilər. Xüsusilə oynaq ağrıları və revmatik xəstəliklər üçün tövsiyə olunur.

– Limon toxumu çayı bədəndən toksinləri çıxarmağa kömək edir və böyrək sağlamlığını dəstəkləyir.

 Necə hazırlanır?

– 5-6 limon çəyirdəyi əzin və bir stəkan suya əlavə edin.

– 5-10 dəqiqə qaynadın.

– Süzməklə içə bilərsiniz. İstəyirsinizsə, bal və ya limon suyu əlavə edə bilərsiniz.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarına qarşı dələduzluq edən əcnəbilər saxlanıldı-FOTO

Nigar Məmmədova

Polio peyvəndi verənlərə silahlı hücum!

Aynur Camal

Litva Ukrayna üçün NASAMS raket sistemləri alıb

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu