Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası Lionel Messiyə 400 milyon avroluq tarixi təklif edib. Argentinalı ulduzun Ərəbistan komandası ilə hər şeyi razılaşdırdığı bildirilir.
Maraqlıdır ki, məşhur oyunçunun “Paris Saint-Germain” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Fransanın AFP xəbər agentliyində yer alan xəbərə görə, Lionel Messi Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası ilə hər şeydə anlaşıb.
Ərəb komandasının Messiyə illik 400 milyon avro təklif etdiyi bildirilir.