Argentina millisinin ulduz futbolçusu Lionel Messi peşəkar karyerasında 800-cü qolunu vurub.
ESPN-(Əyləncə və İdman Proqramlaşdırma Şəbəkəsi) saytı yazır ki, Messi Buenos-Ayresdə keçirilən yoldaşlıq görüşündə Argentinanın Panama üzərində 2:0 hesablı qələbəsi ilə əlamətdar nöqtəyə çataraq 800-cü qolunu vurub.
Beləliklə, Ronaldodan sonra 800 qol həddinə çatan ikinci oyunçu olub.
Qeyd edək ki, məhsuldar hücumçu 2026-cı il Dünya Kubokunda iştirak etməyəcəyini açıq şəkildə bildirib. “Lakin o vaxta qədər Argentina üçün 100-dən daha çox qol vurmağı hədəfləyirəm”,- deyə futbolçu vurğulayıb.

