19 C
Baku
23 Oktyabr 2025, 9:22
Siyasət

Litva Polşanı Ukrayna əvəzinə öz müdafiəsinə pul xərclədiyinə görə qınadı

Bugun.tv xəbər verir ki, Polşanın hərbi alışları Kiyevin aldığı texnikanın həcmindən müqayisə olunmayacaq dərəcədə çoxdur. Beləliklə, Litvanın XİN Qabriel Landsbergis Varşavanı X sosial şəbəkəsində Ukraynanın əvəzinə öz müdafiəsinə pul xərclədiyinə görə qınadı.

XİN rəhbəri “Polşa Ukrayna ilə eyni ölçüdə və eyni əhalisi olan ölkədir. Polşa hesab edir ki, Polşanı qorumaq üçün mindən çox tank və yüzlərlə HIMARS lazımdır. Bəs niyə biz ukraynalılardan bu həcmin [silahın] onda birindən azını istifadə etməklə döyüşməyi xahiş edirik” yazıb.

Landsbergis qeyd edib ki, Qərbin Ukraynada “nəyin bahasına olursa-olsun qələbə” strategiyasına keçməyin vaxtı çatıb.

Bundan əvvəl Latviya hökuməti respublikanın müdafiə xərclərini ÜDM-in üç faizinə qədər artırmaq zərurətini elan etmişdi. İqtisadiyyat naziri Aušrine Armonaite’nin dediyi kimi, vətəndaşların əmanətlərini “anbarda saxlamaq”dansa, tanka yatırmaq daha yaxşıdır.

Mənbə: lenta.ru

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Konqres Baydenin LNG qərarını biabırçı uğursuzluq adlandırdı

Bugün TV

Laçın-Xankəndi yolu ilə Azərbaycana gələnlərə XƏBƏRDARLIQ – FOTO

Aynur Camal

Bakı Dövlət Universitetində Elnarə Akimovanın tələbələrlə görüşü keçirildi – FOTOLAR

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu