8 C
Baku
22 Dekabr 2025, 0:54
Digər

Litva və Belarus arasında hava şarları böhranı: Sərhədlər bağlanıb

Litva hava məkanını dəfələrlə pozduğuna görə Belarusla sərhədini bağladığını elan etdi. Belarus Litvaya etiraz notası göndərib.

İki ölkə arasında hava şarları böhranı yaşanır.

Litva Xarici İşlər Nazirliyi bazar ertəsi günü Belarusla sərhədini hava məkanının “davamlı pozulması” səbəbindən bağladığını açıqlayıb. Belarus Xarici İşlər Nazirliyi bu addıma reaksiya verərək Litvaya etiraz notası təqdim edildiyini bildirdi:

“Vətəndaşların hüquqları və hərəkət azadlığı prinsipləri pozulur. Belarus dialoqa və praktik əməkdaşlığa üstünlük verir”.

Bu addımdan əvvəl Litva Baş naziri İnqa Ruqiniene dünən Milli Təhlükəsizlik Komissiyasını çağırdı və həftədə dörd dəfə hava məkanını pozduqdan sonra isti hava şarlarını vurmağı və Belarusla sərhəd keçidlərini qeyri-müəyyən müddətə bağlamağı planlaşdırdıqlarını bildirib.

“Belarusdan gələn diplomatların, diplomatik poçtların, eləcə də Aİ və Litva vətəndaşlarının girişinə icazə veriləcək. Bütün digər tranzitlər dayandırılacaq”, – deyə Ruginiene bildirib.

Paytaxt Vilnüsdəki hava limanının Belarusdan gələn şarlar səbəbindən həftədə dörd dəfə uçuşları dayandırmasından sonra danışan 44 yaşlı lider heç bir hibrid hücuma yol verilməyəcəyini iddia edərək aşağıdakı açıqlamaları verib:

“Şarları endirmək üçün kinetik tədbirlər görüləcək. Hava məkanımızın hər hansı bir pozulmasına qarşı mümkün olan ən güclü tədbirləri görməyə hazır olduğumuzu nümayiş etdiririk.”

Aİ Komissiyasının prezidenti Ursula fon der Leyen dünən özünün X hesabında hava məkanının pozulduğu Litva ilə tam həmrəy olduğunu açıqlayıb:

Bu, qeyri-sabitlikdir. Bu, təxribatdır. Bu, hibrid təhdiddir. Biz buna dözməyəcəyik.

Mənbə: Tgrthaber

Aynur Camal

Oxşar xəbərlər

Huawei yeni məhsulunun sirri açıldı: bu nədir? Cihazı ev dekorasiya aksesuarı ilə səhv salmaq olar

Aynur Camal

Güclü külək ağacları kökündən qopardıb, fəsadlar yaradıb

Aynur Camal

105 kilometr uzunluğunda tunel qurulacaq

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu