4 C
Baku
14 Dekabr 2025, 19:46
Baş xəbərDünya

Livan ərazisindən tank əleyhinə raket hücumu nəticəsində 4 İsrail əsgəri yaralandı

Bugun.tv xəbər verir ki, İsrail ordusu Livan ərazisindən atılan tank əleyhinə raket hücumu nəticəsində 4 əsgərinin yüngül xəsarət aldığını bildirib. Ordudan verilən yazılı açıqlamada, qarşı tərəfdən İsrailin Livan sərhədi yaxınlığındakı bir bölgəyə tank əleyhinə raketlə hücumun təşkil edildiyi bildirilib.

TRT Haber-in məlumatına görə, Açıqlamada hücumda 4 İsrail əsgərinin yüngül yaralandığı, tank əleyhinə raketin atıldığı ərazinin artilleriya atəşinə tutulduğu bildirilib. Hücuma görə məsuliyyəti Hizbullah üzərinə götürüb. Digər tərəfdən, hücuma görə məsuliyyəti Livan Hizbullahı öz üzərinə götürüb. Hizbullah tərəfindən edilən yazılı açıqlamada, ər-Rahib bölgəsində İsrail ordusuna aid “Merkava” tipli tanka qarşı hücumun təşkil edildiyi bildirilib. Açıqlamada tankda şəhid olan və yaralanan əsgərlərin olduğu iddia edilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

O, istefa verdi və meşədə yaşamağa başladı!

Aynur Camal

Qazaxıstanda qəzaya uğrayan sərnişin təyyarəsi deşiklərlə doludur!

Aynur Camal

İnstaqramda yeni video yaratma proqramı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu