32 C
Baku
19 İyul 2025, 15:14
Dünya

Livan-İsrail sərhədində isti saatlar! Hər iki tərəfdən intensiv atışma var 

Yaxın Şərqdəki hücumlardan sonra qarşıdurmalar qızışmağa başladı. İsraillə Livan arasında intensiv atışma gedir. İsrailin vurduğu nöqtələrdən tüstü qalxarkən, Livanın dəstəklədiyi Hizbullah cavab verdi. İsrailin Beyruta endirdiyi hava hücumunda Hizbullahın yüksək rütbəli komandiri Fuad Şükür öldürülüb və Yaxın Şərqdə qarşıdurmalar artıb. İhlas Xəbər Agentliyinin bölgədən müxbiri Refik Fidanın verdiyi məlumata görə, Livanın Rimeş bölgəsində İsraildən hücum olub.

İsrailin hücumlarına sürətli cavab Livanın dəstəklədiyi Hizbullahdan gəldi. Hizbullah qruplaşması İsrailə ardıcıl raket zərbələri endirib. Gün ərzində davam edən bombardmanlar artdıqca bölgədə həyəcan elan edilib.

LİVAN: İSRAİL atəşkəsi pozmaq istəyir

Livanın xarici işlər naziri Abdullah Buhabib İsrailin gərginliyi artırdığını bəyan edib. İsrailin bölgədə hərtərəfli müharibə olmasını istədiyini ifadə edən Buhabib, “İsrail gərginliyi artıraraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən də qəbul edilən Qəzza zolağında atəşkəsə nail olmaq üçün ABŞ prezidenti Co Baydenin təşəbbüsünü puç etməyi hədəfləyir. 2735 saylı qətnamə ilə” deyə vurğulayıb.

Həmçinin Buhabib, İsrailin Livana hücumlarında qəsdən mülki insanları hədəf aldığını bildirib və bu vəziyyətin beynəlxalq hüquq prinsiplərini açıq şəkildə pozduğunu bildirib.

Mənbə:  TGRT

Aynur Camal

Oxşar xəbərlər

İtaliyada vulkan həyəcanı! Etnanın “Yeni Ağız” kraterində lava axını

Aynur Camal

Ukrayna Rusiya ilə danışıqlara hazır olduğunu bəyan etdi

İntizar Əmirova

Press TV: İran sahillərində Hörmüz boğazı yaxınlığında üç gəmi yanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu